"Heyvanıstan" əsərindən maraqlı sitatlar | George Orwell

«Heyvanıstan» (və ya Heyvan ferması) – Corc Oruell tərəfindən 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. 

İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür.

"Heyvanıstan", George Orwell

 

  • Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər.
  • İnsanı səhnədən uzaqlaşdırın o zaman aclığı, ehtiyacı, kölə əməyini doguran səbəblər də aradan qalxacaq...
  • ...yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi?
  • Yəqin, haradasa daha yaxşı və ədalətli dünya mövcuddur


"Heyvanıstan" əsərindən mənalı sitatlar | George Orwell  heyvanistan  İnsanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür.  "Heyvanıstan", George Orwell   Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər.    İnsanı səhnədən uzaqlaşdırın o zaman aclığı, ehtiyacı, kölə əməyini doguran səbəblər də aradan qalxacaq...    ...yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi?    Yəqin, haradasa daha yaxşı və ədalətli dünya mövcuddur.    "Heyvanıstan" əsərindən mənalı sitatlar | George Orwell   Həyatımız qısa və miskindir, zəhmət və zillətlə doludur.    Heyvanlar çəmənliyə yollanıb bütün günü ot biçdilər. Axşam fermaya qayıdanda isə südün yoxa çıxdığını gördülər.    Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır!    Dini imanı pul olmuşdu..    Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək,kimin kim olduğunu ayırd etmək mümkün deyildi    "Əgər sizdə işçi heyvanlar varsa, bizdə də işçi sinif var"    Həmişə istədikləri kimi doyüb alçaltdıqları heyvanların qəfil qəzəbi onları elə qorxutmuşdu ki, insanların ağılları başlarından çıxmışdı.    Bəs elə isə nə üçün biz bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini İnsan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir. İnsan! Bizim yeganə düşmənimiz İnsandır!    Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif,yaxud güclü, ağıllı,yaxud səfeh olsaq da , hamımız qardaşıq! Heç bir heyvan digərini öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.  Görmədiklərinizi deyil, gördüklərinizi anlmağa çalışın..  "Heyvanıstan", George Orwell   İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanlar üzərində hökmrandır.    İnsana qarşı mübarizə apararkən biz heç bir vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq.    Hər hansı maneə, yaxud əngəllə üzləşən zaman öz-özünə "Mən daha çox işləyəcəyəm!"- sözlərini təkrarlayırdı.    Əgər ac qalırdılarsa, bunun səbəbi qəddar insan nəslini yedirdib-bəsləmələri deyildi, əgər çox işləyirdilərsə, yenə də özləri üçün işləyirdilər.    İnsan zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.    Yoldaşlar, onu da yaddan çıxarmayın ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Gərək qarşı tərəfin gətirdiyi heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin.    Ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən, azadlığın belə ala-bəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?    “Onun öz xəyalında canlandırdığı heyvanların aclıqdan, qamçıdan azad olduğu bir cəmiyyət idi. Bu cəmiyyətdə hamı bərabər idi, hərə öz bacarığına görə çalışır, güclülər zəiflərə qahmar çıxırdı”.    Hər tərəfdən dəhşətli intiqam çağırışları eşidildi. Heyvanlar heç bir əmr gözləmədən irəli atıldılar, düşmənin üstünə yürüdülər. Həmin anlarda bədənlərinə mismar kimi batan güllələrin ağrısını da hiss etmirdilər. Amansız, dəhşətli döyüş başlanmışdı..    Bəs biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünkü zəhmətimizin bütün bəhrələrini insan oğurlayır. Budur, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir-insan!    Hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər.    Unutmayın ki, biz insana qarşı mübarizə aparanda onun özü kimi eləməməliyik, ona oxşamamalıyıq. Hətta insanı məğlub eləyəndə də onun qüsurlarını özümüzə yaxın buraxmamalı, nöqsanlarını təkrar etməməliyik.    Ac qarına saatlarla davam edən üzücü işə tab gətirmək olmurdu. Amma Bokser heç vaxt ruhdan düşmürdü. Sözlərindən və hərəkətlərindən əsla yorulduğu sezilmirdi. Sadəcə, görünüşü dəyişmişdi..    Lakin artıq onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi    Kimsənin düşüncələrini söyləməyə cəsarət edə bilməyəcəyi bir dövr gəlmişdi.    Cinayətin gəlir mənbəyinə çevrildiyi istənilən cəmiyyətdə bunun əsasında sərt qanunlar və qəddar idarəçilik üsulu dayanır.    Cəsarət hələ hər şey demək deyil! Sədaqət və itaət – ən vacib keyfiyyətlər bunlardır.    Bencamin deyirdi ki, “işlər həmişə eyni qayda ilə gedib - nə çox yaxşı, nə də çox pis. bu həyatın dəyişməz qanunudur”  "Heyvanıstan", George Orwell heyvanistan corc oruell

«Heyvanıstan» əsərindən mənalı sitatlar | George Orwell 

  • Həyatımız qısa və miskindir, zəhmət və zillətlə doludur.
  • Heyvanlar çəmənliyə yollanıb bütün günü ot biçdilər. Axşam fermaya qayıdanda isə südün yoxa çıxdığını gördülər.
  • Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır!
  • Dini imanı pul olmuşdu..
  • Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları biri-birindən fərqləndirmək,kimin kim olduğunu ayırd etmək mümkün deyildi
  • "Əgər sizdə işçi heyvanlar varsa, bizdə də işçi sinif var"
  • Həmişə istədikləri kimi doyüb alçaltdıqları heyvanların qəfil qəzəbi onları elə qorxutmuşdu ki, insanların ağılları başlarından çıxmışdı.
  • Bəs elə isə nə üçün biz bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini İnsan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir. İnsan! Bizim yeganə düşmənimiz İnsandır!
  • Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif,yaxud güclü, ağıllı,yaxud səfeh olsaq da, hamımız qardaşıq! Heç bir heyvan digərini öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.

Görmədiklərinizi deyil, gördüklərinizi anlmağa çalışın..

"Heyvanıstan", George Orwell

 

  • İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanlar üzərində hökmrandır.
  • İnsana qarşı mübarizə apararkən biz heç bir vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq.
  • Hər hansı maneə, yaxud əngəllə üzləşən zaman öz-özünə «Mən daha çox işləyəcəyəm!»- sözlərini təkrarlayırdı.
  • Əgər ac qalırdılarsa, bunun səbəbi qəddar insan nəslini yedirdib-bəsləmələri deyildi, əgər çox işləyirdilərsə, yenə də özləri üçün işləyirdilər.
  • İnsan zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
  • Yoldaşlar, onu da yaddan çıxarmayın ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Gərək qarşı tərəfin gətirdiyi heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin.
  • Ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən, azadlığın belə ala-bəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?
  • “Onun öz xəyalında canlandırdığı heyvanların aclıqdan, qamçıdan azad olduğu bir cəmiyyət idi. Bu cəmiyyətdə hamı bərabər idi, hərə öz bacarığına görə çalışır, güclülər zəiflərə qahmar çıxırdı”.
  • Hər tərəfdən dəhşətli intiqam çağırışları eşidildi. Heyvanlar heç bir əmr gözləmədən irəli atıldılar, düşmənin üstünə yürüdülər. Həmin anlarda bədənlərinə mismar kimi batan güllələrin ağrısını da hiss etmirdilər. Amansız, dəhşətli döyüş başlanmışdı..
  • Bəs biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünkü zəhmətimizin bütün bəhrələrini insan oğurlayır. Budur, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir-insan!
  • Hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər.
  • Unutmayın ki, biz insana qarşı mübarizə aparanda onun özü kimi eləməməliyik, ona oxşamamalıyıq. Hətta insanı məğlub eləyəndə də onun qüsurlarını özümüzə yaxın buraxmamalı, nöqsanlarını təkrar etməməliyik.
  • Ac qarına saatlarla davam edən üzücü işə tab gətirmək olmurdu. Amma Bokser heç vaxt ruhdan düşmürdü. Sözlərindən və hərəkətlərindən əsla yorulduğu sezilmirdi. Sadəcə, görünüşü dəyişmişdi..
  • Lakin artıq onları bir-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi
  • Kimsənin düşüncələrini söyləməyə cəsarət edə bilməyəcəyi bir dövr gəlmişdi.
  • Cinayətin gəlir mənbəyinə çevrildiyi istənilən cəmiyyətdə bunun əsasında sərt qanunlar və qəddar idarəçilik üsulu dayanır.
  • Cəsarət hələ hər şey demək deyil! Sədaqət və itaət – ən vacib keyfiyyətlər bunlardır.

 

 

Bencamin deyirdi ki, “işlər həmişə eyni qayda ilə gedib — nə çox yaxşı, nə də çox pis. bu həyatın dəyişməz qanunudur”

"Heyvanıstan", George Orwell

 

 

0 şərh